15:53
12 Fevral 2020

Azərbaycanda daha bir evdə meyit tapıldı

Abşeron rayonunda evdə meyit tapılıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 56 yaşlı Şükürov Salman Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Dİgər xəbərlər