Tibb Universitetində daha iki ixtisas olacaq - RƏSMİ
12 fevral 2020 11:47 (UTC +04:00)

Tibb Universitetində daha iki ixtisas olacaq - RƏSMİ

Azərbaycan Tibb Universitetində (ATU) ümumillikdə 4 yeni ixtisas açılacaq.

Universitetdən Lent.az-a verilən məlumata görə, “Səhiyyə menecmenti” üzrə magistratura proqramı, “Tibb bacıları” ixtisaslarından sonra üçüncü ixtisas fizioterapist  olacaq. 4-cü ixtisasla bağlı isə bu günlərdə məlumat veriləcək. 

Qeyd edək ki, ATU-da “Səhiyyə menecmenti” üzrə 2 illik magistratura proqramı açılır. Proqramı Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tədris edəcək.

 Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq.

İstəyən hər bir kəs bu ixtisas üzrə təhsil üçün müraciət edə biləcək. 

Bundan başqa, artıq ATU-da “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Məlum olduğu kimi, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi. Keyfiyyətli tibb təhsili verən ATU-da bu ixtisasa yiyələnmək istəyən gənclər olsa da, müvafiq yöndə tədris aparılmırdı.

ATU rəhbərliyi tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib. Yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək.

 

 

 

# 1691
avatar

Aygün İbrahimli

Oxşar yazılar