480
10:50
11 Fevral 2020

Üç gün əvvəl maşının vurduğu kişi öldü

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, fevralın 8-də Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsində naməlum avtomobil yolu keçən piyada, 46 yaşlı Cəlilov Edqar Sərdaroviçi vurub.

Yaralı aldığı xəsarətlərdən ötən gecə saat 02 radələrində 3 saylı Kliniki Xəstəxananda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.