546
03:05
11 Fevral 2020

Gəncədə baş vermiş avtoqəzada sürücü dünyasını dəyişib

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin qəzaya uğraması nəticəsində sürücü Vüsal Məhərrəmov və sərnişin Vüsal Bəhmənov ağır xəsarət alaraq xəstəxanaya çatdırılsalar da, sürücünün öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.