Şirvanda şirkətdə bədbəxt hadisə baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə “Qarasu OYL” şirkətində qeydə alınıb. Şirkətində neft qızdırma sobasının partlaması nəticəsində orada fəhlə işləyən Şirvan sakini, 1974-cü il təvəllüdlü Cəfərov Ayaz Fazil oğlu ağır xəsarət alıb.
Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən fəhlənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.