469
11:24
10 Fevral 2020

Slovakiyalı deputat: "Heç bir qanun pozuntusu ilə qarşılaşmadım”


"Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım".

APA-nın məlumatına görə, bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek bildirib. Onun sözlərinə görə, seçkilərdə hər şey demokratik qaydada təşkil olunub: "Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar. Seçkilərdə Yeni Azərbaycan Partiyası üstünlüyü əldə edib. Bu münasibətlə Azərbaycan Prezidentini və partiyanı təbrik edirəm. Azərbaycan xalqına uğurlar arzu edirəm”.

Azərbaycanda 10-cu dəfə olduğunu deyən P.Marçek bildirib ki, ötən illərə ərzində Bakı çox dəyişib, şəhər inkişaf edib: “Öz biznesmenlərimizə demək istəyirəm ki, Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var. Azərbaycan xalqına və seçilən siyasətçilərə arzulayıram ki, hər şey əvvəlkindən də daha yaxşı olsun".