622
11:42
10 Fevral 2020

Rusiyadan gətirilən telefonlar Azərbaycana buraxılmadı

“Samur” gömrük postunda qanunsuz idxal edilən telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən xəbərə görə, Rusiyadan gələn "Lada 211440" markalı avtomobil "Samur" gömrük postunda saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol örtüklərinin, eləcə də maqnitofon üçün nəzərdə tutulan yerin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən, polietilen paketlərdə 30 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefon aşkarlanıb.

Şübhəli məqamlar olduğu üçün nəqliyyat vasitəsinə rentgen aparatında baxış keçirilib, bu zaman avtomobilin yük yerinin sağ və sol örtüklərinin arxasındakı boşluqlarda polietilen paketlərdə daha 10 ədəd "Samsung Galaxy S 9+" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.