304
10:11
10 Fevral 2020

“Seçki şəffaf keçib” - Qırğız müşahidəçi

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləmiş Qırğızıstan müşahidə missiyası bu gün mətbiat konfransı keçirib.

APA-nın məlumatına görə, müşahidə qrupunun rəhbəri Almazbek Batırbekov Bakı, Şamaxı və Qobustanda yerləşən seçki məntəqələrində olduqlarını bildirib. Qırğızıstan parlamentinin üzvü məntəqələrdə seçicilərlə və MSK üzvləri ilə görüşdüklərini, prosesin tam şəffaf keçdiyini qeyd edib.

A.Batırbekov, eyni zamanda MSK-nın öz işini uğurla gördüyünü, namizədlərin 20 faizinin gənclər və qadınlar olmasını müsbət qiymətləndirib.