4469
09:58
10 Fevral 2020

Fəzail Ağamalı, Çingiz Qənizadə və Razi Nurullayevin dairələrində araşdırma başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK sədri Məzahir Pənahov deyib ki, 7 dairədə qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub. M.Pənahov bu şikayətlərin araşdırıldığını qeyd edib.

Lent.az -ın məlumatına görə, bu dairələr arasında 60 saylı Salyan-Neftçala Seçki Dairəsi də var. MSK-nın ilkin nəticələrinə görə, bu dairədən lider namizəd Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Araşdırılmanın aparıldığı digər iki dairədə - 79 saylı İmişli Seçki Dairəsində Razi Nurullayev, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən bitərəf Çingiz Qənizadə ilkin nəticələrə görə lider elan olunublar.