02:40
10 Fevral 2020

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”

“Parlament seçkilərində 276 nəfər namizəd qadın idi”.

APA-nın məlumatına görə, bunu bu gün Parlament seçkiləri ilə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, qadın namizədlərin hamısı cəmiyyətdə seçilən qadınlar оlub: “1038 nəfər kişi namizəd iştirak edirdi. Keyfiyyət baxımından bu məsələyə yanaşsaq, qadınların hamısı Milli Məclisdə təmsil olunmağa əsaslı iddiası olan şəxslər idi. Kişilərin hamısı haqqında bunu demək olmaz. Bu nisbətin özü ötən seçkilərlə müqayisədə 5-6% çoxdur. İndiki zamanın tələbinə uyğun olan göstəricilərdən biri də namizədlərin yaş həddi ilə bağlı göstəricidir. Namizədlər arasında olan gənclərin mütləq əksəriyyəti beynəlxalq təhsil ocaqlarında təhsil almış şəxslərdir. Biz çox arzu edərdik ki, bu cür gənclər Azərbaycana xidmət etsinlər və vəkillik etsinlər”.

Dİgər xəbərlər