478
02:37
10 Fevral 2020

Məzahir Pənahov təxribatlara bağlı ehtiyatlı olmağı vacib sayıb


“Çox istərdik ki, təxribat xarakterli addımlar atılmasın”.

APA-nın məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, həm ölkə daxilində, həm də ölkə xaricində kimlərinsə təxribat xarakterli addımlar atmasına yol verməməliyik: “Belə hallara qarşı ehtiyatlı olmaq lazımdır. Artıq kifayət qədər müstəqillik tariximiz var və bu sahədə inkişaf etmiş ölkələrdən geri qalmamalıyıq”.