430
14:58
09 Fevral 2020

MDB PA-nın müşahidəçisi: “Seçkilər sakit şəraitdə keçir”


“Bir neçə məntəqədə olmuşuq. Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hamıya bərabər şərait yaradılıb”.

APA-nın xəbərinə görə, bunu MDB ölkələri Parlamentlərarası Assambleyası (PA) müşahidə missiyasının üzvü İqor Komarovski jurnalistlərə açıqlamasında deyib.

“Seçkilər sakit şəraitdə keçir. Azərbaycan xalqı ölkənin gələcək inkişafı üçün öz doğru seçimini edəcək”, - deyə İ. Komarovski qeyd edib.