1006
16:33
08 Fevral 2020

Ən yaşlı qadın seçicinin 126, kişi seçicinin 108 yaşı var

Azərbaycanda növbədənkənar parlament seçkilərində 6189 nəfər ilk dəfə səs verəcək.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.

99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.