Sumqayıtda evdə partlayış: yaralanan var
08 fevral 2020 16:06 (UTC +04:00)

Sumqayıtda evdə partlayış: yaralanan var

Sumqayıtda partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Corat qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verib. Evin sahibi, 64 yaşlı Səfərov Rza Fərrux oğlu mətbəxtdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Hadisə nəticəsində 64 yaşlı kişi 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, Bakı şəhər 5 nömrəli Şəhər Xəstəxanasına göndərilib.

# 1557
avatar

Oxşar yazılar