950
12:46
08 Fevral 2020

İki "Jiquli" toqquşdu: qadın sərnişin öldü

Bərdədə ölümlə nəticələnən avtomobil toqquşması baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fevralın 7-də səhər saat 9 radələrində Bərdə rayonu, Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.