Xalq artisti xəstəxanaya yerləşdirildi - TANINMAZ HALDA...
07 fevral 2020 17:38 (UTC +04:00)

Xalq artisti xəstəxanaya yerləşdirildi - TANINMAZ HALDA...

Xalq artisti Elmira Rəhimovanın xəstəxanaya yerləşdirilib.

Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə paylaşım edib:

"Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə gümrah görməyə adət etmişəm. Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Maşallah, top kimiyəm", deyirdi. Elmira Rəhimova mənə anam qədər əziz olan bir insandır. Onun barəsində nə qədər yazsam yenə azdır. Onun Azərbaycan incəsənətində xüsusi yeri var. Ən azından heç kim onun kimi hind mahnılarını sevə-sevə oxumadı. Açığını desəm, nəinki hind mahnılarını, elə Hindistanın özünü də Elmira xanıma görə sevdim.

O cür böyük sənətkarı xəstə çarpayısında görmək mənə də pis təsir etdi. Amma həmişəki kimi optimistdir. 

Arzusunu da dedi: "Bir bağ evim olsun, gedim oturum həyətdə. Doyunca nəfəs alım". Yastığın yüngül olsun, Elmira ana. Allahdan sənə ancaq şəfa diləyirəm".

 

 

# 4372
avatar

Yalçın UĞUR

Oxşar yazılar