12:34
07 Fevral 2020

Azərbaycan yığmasına gəlməyən məşqçi: “Hər şey mümkündür”

Millimizin baş məşqçisi postuna namizədlərdən olan, lakin Latviyanın “Riqa” klubuna keçməyi üstün tutan Oleq Kononov açıqlama verib.

Lent.az -ın məlumatına görə, o, qarşısına böyük hədəflər qoyduğunu bildirib.

Kononov komandasını avrokuboklara çıxaracağına inandığını qeyd edib: “Özünə güvənməli və üzərində çox çalışmalısan. Çünki futbol bir yerdə dayanmır, daim inkişafdadır. Müasir futbol çox sürətli və texnikalıdır. Buna baxmayaraq, bu idman növündə də hər şey mümkündür. “Riqa”nı avrokuboklara çıxartmağı qarşıma məqsəd qoymuşam”.

Qeyd edək ki, O.Kononov “Krasnodar” və “Spartak” (Moskva) kimi klubları da çalışdırıb.

Dİgər xəbərlər