652
12:21
07 Fevral 2020

Qazdan zəhərlənmə daha çox harada baş verir? - AÇIQLAMA

Yanvar ayında dəm qazından zəhərlənmə ilə ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 107 müraciət olub.

Bu barədə Lent.az -a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

O bildirib ki, müraciət edənlər arasından 47-si qəbul olunub.

Dəm qazından zəhərlənənlərin 6-sı azyaşlı olub.

Ötən ay şöbədə dəm qazından ölüm faktı qeydə alınmayıb.

Baş həkim bildirib ki, zəhərlənmələrin 80-90 faizi hamam otağında baş verir: “Az hallarda olsa da, məişət qazından da zəhərlənmələr baş verir. Mətbəxdə, qazın açıq qalması səbəbindən sızma nəticəsində də zəhərlənmələr qeydə alınır”.