18:58
06 Fevral 2020

“Yuventus”un futbolçusu haqda: “O, neft tankerinə bənzəyir”


Futbol agenti Mino Rayola “Yuventus”un müdafiəçisi Matiys de Liqt haqda açıqlama verib. Lent.az -ın məlumatına görə, o, meneceri olduğu futbolçu barədə müsbət fikirlər səsləndirib.

“Hamı onun proqressini görür. “Yuventus”da daha çox əziyyət çəkdiyini bilirəm. Amma bu, onun xeyrinədir. Gündən-günə daha güclü müdafiəçiyə çevrilir. Avropanın top-klublarından birində çıxış edir və fərqli mədəniyyətlə üzləşib. Tam uyğunlaşması üçün vaxt lazımdır.

Matiys neft tankerinə bənzəyir. Onun birdən-birə 90 dərəcə dəyişəcəyini gözləmək düzgün deyil. De Liqt yavaş-yavaş irəliləyir. “Yuventus”dakı yerini tam möhkəmlədəndən sonra onu dayandırmaq çətin olacaq”, - deyə M.Rayola bildirib.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi “Yuventus”a ötən il “Ayaks”dan keçib.

Dİgər xəbərlər