8 gün əvvəl itkin düşən uşaq tapıldı
06 fevral 2020 18:52 (UTC +04:00)

8 gün əvvəl itkin düşən uşaq tapıldı

Bakıda itkin düşən azyaşlı tapılıb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yeni massiv yaşayan 13 yaşlı Kərimov Nicat Rafael oğlu yanvarın 29 -da, saat 22 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Kərimova Səbinə Cümşüd qızı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Müraciət əsasında həmin polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Kərimov tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar