16:22
06 Fevral 2020

Azərbaycan çempionatının oyunları təxirə salındı - SƏBƏB


Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb.

Azərbaycan Basketbol Federasiyasından apasport.az saytının verilən məlumata görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub.

Qərara alınıb ki, görüşlər qeyri-müəyyən vaxta təxirə salınsın. Turun nə vaxt keçiriləcəyi bu günlərdə açıqlanacaq.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında da eyni hal yaşanmışdı. Lakin PFL görüşləri bir gün önə çəkmişdi.

Dİgər xəbərlər