Keçmiş məhkum evdən külli miqdarda pul oğurladı
06 fevral 2020 12:58 (UTC +04:00)

Keçmiş məhkum evdən külli miqdarda pul oğurladı

Tovuzda ev qarət olunub.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11 min manat və 200 dollar, habelə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar