531
11:05
06 Fevral 2020

DİQQƏT: bu küçələrin kəsişməsində dəyişiklik olacaq

Bakıda Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Agentlikdən Lent.az -a verilən məlumata görə, həmin yolayrıcı işıqfor vasitəsi ilə nizamlanacaq.

Bununla əlaqədar, kəsişmədə işıqfor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra işıqforlar işə salınacaq.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.