3722
09:19
06 Fevral 2020

Hollivud ulduzu vəfat edib

Hollivud ulduzu Kirk Duqlas vəfat edib. Aktyor 103 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə aktyorun oğlu Maykl Duqlas sosial şəbəkədə paylaşım edib.

Kirk Duqlas kinoda olduğu qədər olmasa da, ədəbiyyatda da tanınıb. Hollivud filmlərində müxtəlif obrazlar yaradıb. Həmçinin on kitabın müəllifidir.

Aktyor kimi yaddaşlarda "Spartak"la qalacaq.