Bakıda binada yanğın: azyaşlı xilas edildi
06 fevral 2020 00:59 (UTC +04:00)

Bakıda binada yanğın: azyaşlı xilas edildi

 

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Babək prospektində yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində qeydə alınıb.

Binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzildə alov mətbəxdə başlayıb. Evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb.

Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Azyaşlı isə həkim nəzarətinə götürülüb. Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.

# 1018
avatar

Oxşar yazılar