Roza övladlığa götürdüyü uşaqların anası üçün bunu edir
05 fevral 2020 15:28 (UTC +04:00)

Roza övladlığa götürdüyü uşaqların anası üçün bunu edir

Müğənni Roza Zərgərli ikinci kitabını təqdim etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, ifaçı kitabı bitmək üzrə olduğunu bildirib. Onun sözlərinə görə, ikinci nəşr övladlığa götürdüyü Corc və Jerarın doğma anasına həsr edilib: "Oğullarımla bağlı illərdir mənə ünvanlanan bütün suallara bu kitabda cavab tapacaqsınız. Corc və Jerarın anasının əzablı taleyi haqda hər şeyi yazmışam. Eyni zamanda, oğullarımla tanış olmağım, onları necə övladlığa götürməyimi, atalarının harada olmasını açıqlamışam. Çox maraqlı bir kitab olacaq. Adını isə "Məcnunsuz Leyli" qoymuşam".

Qeyd edək ki, R.Zərgərlinin ilk kitabı "Sibir çiçəyi" adlanırdı. Sənətçi həmin kitabda öz həyatından bəhs edib.

# 4062
avatar

Yalçın UĞUR

Oxşar yazılar