"Çinar" konfetinin hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
04 fevral 2020 12:15 (UTC +04:00)

"Çinar" konfetinin hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

 

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla məşhur "Çinar" konfetinin necə hazırlanması ilə tanış edəcəyik.

 

Tərkibi

 

300 qr taxta peçenye

125 qr qovurulmuş qoz

125 qr qovurulmuş fındıq

100 qr kərə yağı

1 banka qatılaşdırılmış süd

2 ədəd piletka qara şokolad

 

Hazırlanması

 

Peçenye və qovurulmuş qoz fındığı ət maşınından keçirik. Onun üzərinə qatılaşdırılmış süd və buxarda əridilmiş yağı əlavə edib qarışdırırıq. Hazır qarışımı bir qaba yayıb soyuducuya qoyuruq. Sonra onlar doğranıb buxarda əridilən şokolada batırılır və üzərinə doğranmış püstə tökülür. Yenidən soyuducuda bir qədər gözlətdiririk.

 

Nuş olsun!

# 6445
avatar

Oxşar yazılar