997
11:24
04 Fevral 2020

Putin Polad Bülbüloğlunu təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında məlumat verilib.

“75 yaşınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, - təbrikdə qeyd olunub.