3266
17:22
03 Fevral 2020

Koronavirusu ən tez bunlar məhv edir - YENİLİK

Koronavirus ətraf mühitə çox da dözümlü deyil. Bu viruslar açıq sahələrdə 2 saat, kanalizasiya sularında 4 saat yaşamaq qabiliyyətinə malikdir, 56 dərəcə temperaturda, düz düşən Günəş şüalarının altında, eləcə də dezinfeksiyaedici dərman maddələrinin təsirindən asanlıqla məhv olur.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti, ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, həkim-infeksionist Sədrəddin Atakişizadə klinikada keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, profilaktik tədbirlər lazımi səviyyədə aparılsa, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq olar.

S.Atakişizadə bu infeksiyanın əhali sıxlığı daha çox olan yerlərdə yayıldığını vurğulayıb. Mütəxəssis, kənardan gələn qida məhsullarının mənşəyini nəzərə almağı tövsiyə edib.

Onun sözlərinə görə, xəstəliyin gizli dövrü 2-3, bəzən 7 gün, hətta daha artıq çəkə bilər. Həkim-infeksionist immun qabiliyyəti yüksək olan insanlarda bu cür infeksiyalara yoluxma ehtimalının aşağı olduğunu da deyib.

S.Atakişizadə bu infeksiyadan qorunmaq üçün lk növbədə profilaktik tədbirlərin vacibliyini önə çəkərək daha qalın tibbi maskalardan istifadə etməyi, deziinfeksiyaedici maddələrin dozasını artırmağı məsləhət görüb.

O, bütün infeksiyalar kimi koronavirusun da çoxalaraq xəstəxanadaxili infeksiyaya çevrilə bilmək ehtimalından söhbət açıb, tibb işçilərinin vaxtında qabaqlayıcı tədbirlər görməsinin vacibliyinə toxunub.

Koronavurusun əslinidə yeni bir virus olmadığını, 2012-ci ildə aşkarlandığını söyləyən mütəxəssis qeyd edib ki, Yaponiya, Çin, Almaniya və Amerika alimləri koronavirus infeksiyalarının digər virus infeksiyalarına oxşar kliniki əlamətlərə malik, əsasən də ağ ciyərlərin qısa bir müddətdə kəskin zədələnməsinə gətirib çıxardan infeksion xəstəlik olduğunu hələ o vaxt dəqiqləşdirilib.