Bu bölgədə ağır əməliyyatlarla bağlı 700-ə yaxın müraciət daxil olub
03 fevral 2020 15:16 (UTC +04:00)

Bu bölgədə ağır əməliyyatlarla bağlı 700-ə yaxın müraciət daxil olub

Azərbaycanın icbari tibbi sığorta tətbiq olunan bölgələrində əhali ağır əməliyyatlarla bağlı çoxsaylı müraciətlər edib.

Lent.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə əsasən, artıq bir aya yaxındır şimal bölgəsində əhali tibbi sığorta sistemindən istifadə edir: “Bu ərazilərdə müraciətlər kifayət qədər çoxdur. Bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət daxil olub, onların təmin edilməsi məsələsinə baxılır. Dəyəri yüksək həyati vacib əməliyyatlarımızdan açıq ürək əməliyyatı, ağır nevroloji əməliyyatları və digərləri sığorta təminatındadır. Həmin xəstəliklərin müalicəsi üzrə agentliyimizə və tibb müəssisələrinə gün ərzində 20-30 müraciət daxil olur. Bu xəstəliklərin müalicəsi ilə bağlı tədbirlər həyata keçirilir”.  

Qeyd edək ki, Azərbaycanın şimal bölgəsində pilot layihədən əlavə 24 regionda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

 

 

 

# 1416
avatar

Aygün İbrahimli

Oxşar yazılar