İdmançının dəm qazından zəhərlənərək ölməsi ilə bağlı cinayət işi başlanıb.
Lent.az-ın məlumatına görə, 18 yaşlı Arzuman Abbasovun yaşadığ evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiz ekspertizalar təyin edilib.
Hadisə fevralın 2-də Ramana qəsəbəsi, Bünyatzadə küçəsində ev 30/2-də qeydə alınıb. Həmin mənzildə yaşayan, 18 yaşlı Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb.
Arzuman Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu idi.