778
06:04
02 Fevral 2020

Çində koronavirusdan ölənlərin sayı 304 nəfərə çatdı

Çində koronavirusdan (2019-nCoV) ölənlərin sayı 304, yoluxanların sayı isə 13846 nəfər olub.

APA-nın xəbərinə görə, bu barədə “Wanyi” informasiya portalı regional hakimiyyət orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, koronavirusa yoluxma hadisəsi ilk dəfə Çinin Hubey əyalətinin inzibati mərkəzi sayılan Uhan şəhərində qeydə alınıb. Ayrı-ayrı ölkələr virusa yoluxma təhlükəsi üzündən öz vətəndaşlarını Çindən çıxarmağa başlayıb.