02:29
02 Fevral 2020

Kanadada silahlı insident: 3 nəfər ölüb, 2 nəfər yaralanıb


Kanadanın Toronto şəhərinin mərkəzində yaşayış binasının 32-ci mərtəbəsində silahlı insident baş verib.

APA-nın yerli CBC telekanalına istinadən verdiyi məlumata görə, atışma zamanı üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə gələn polis, iki nəfərin cəsədini aşkar edib. Ağır yaralı olan üçüncü şəxs isə xəstəxanada ölüb.

Ölən və yaralananların 19-22 yaş aralığında olduğu bildirilir.

Polisin qənaətinə görə, gənclər arasında atışma olub.

Dİgər xəbərlər