Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yola düşdü
31 yanvar 2020 14:40 (UTC +04:00)

Azərbaycan vətəndaşlarını gətirəcək təyyarə Çinə yola düşdü


Yeni tip koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindəki Türkiyə vətəndaşlarını gətirmək üçün təyyarə Ankaradan Çinə yol düşüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ambulans təyyarə halına gətirilən hərbi yük təyyarəsi “Etimesgut” hərbi aerodromundan havaya qalxıb.

Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsində mütəxəssis həkimlər də Çinə yollanıb.  

Təyyarə Uhanda olan 34 Türkiyə vətəndaşı ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını da Türkiyəyə gətirəcək.

Tibbi müayinədən keçəndən sonra təyyarəyə mindiriləcək 49 nəfər Türkiyəyə gətirilərək Ankarada hazırlanan xəstəxanada karantin altına alınacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar