Birləşmiş Millətlər Təşkilatını Ermənistan hökumətinə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Tərtərçayının üzərində içməli su, suvarma və ətraf mühitə ciddi təsirlər göstərəcək su anbarlarının tikintisinə son qoymaq üçün təzyiq etməyə çağırmaq məqsədi ilə petisiya başlanılıb.
Petisiyanı azərbaycanlı xanım Aybəniz İsmayılova başladıb. O bildirib ki, Ermənistan çay boyunca yaşayan minlərlə insanın həyat mənbəsi olan su resurslarından sui-istifadə etməyə son qoymalıdır, nu insan hüquqlarının kobud pozuntusudur!
Qeyd edək ki, Aybəniz İsmayılova Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq əlaqələr şöbəsinin mudiridir.
Tərtərçayı 200 km uzunluğa malikdir və öz mənbəsini Azərbaycanın Kəlbəcər rayonununda götürür. Bu rayon Ermənistan Respublikası tərəfindən 2 aprel 1993-cü ildə işğal olunmuşdur və bu işğal Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi isə Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularına görə Ermənistanın məsuliyyət daşıması barəsində qərar qəbul etmişdir. Xatırladaq ki, Qarabağ erməniləri də bu məsələ ilə bağlı Ermənistan hökumətinə qarşı etiraz aksiyası keçirir.
Petisiyanı https://www.change.org/p/save-river-tartar-save-karabakh linkinə daxil olaraq imzalamaq olar.
Səs verib, dəstək olaq!

"Tərtərçayı qoru, Qarabağı qoru!" adlı petisiya başladı - Səs verin!
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16