İrəvanda atışma oldu
29 yanvar 2020 11:59 (UTC +04:00)

İrəvanda atışma oldu


İrəvanda yanvarın 28-də axşam saatlarında atışma olub.

APA-nın “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, insident Ermənistan paytaxtının Vantsyan küçəsində baş verib.

Hadisə yerində tapança və avtomat silahların patronları və gilizləri aşkarlanıb.

Bundan başqa, atışma yerində “Opel” markalı avtomobil və üzərində güllə yerləri olan “QAZel” maşını da olub.

Atışma nəticəsində zərərçəkənlərin olub-olmadığı araşdırılır.

# 1148
avatar

Oxşar yazılar