AŞPA-nın yeni prezidenti seçildi
27 yanvar 2020 15:05 (UTC +04:00)

AŞPA-nın yeni prezidenti seçildi


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, təşkilatın qış sessiyasında belçikalı senator Hendrik Damsın AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.

Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri H. Dams bu posta yeganə namizəd olub.

O, bu vəzifədə Lilian Mori Paskieni əvəz edib.

Qeyd edək ki, AŞPA-nın qış sessiyası 31 yanvarda başa çatacaq. Sessiyada Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər. Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

# 1346
avatar

Oxşar yazılar