Azərbaycanda elmi-tədqiqatla məşğul olanların sayı AÇIQLANDI
27 yanvar 2020 19:57 (UTC +04:00)

Azərbaycanda elmi-tədqiqatla məşğul olanların sayı AÇIQLANDI

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 68 həqiqi və 105 müxbir üzvü var.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  2020-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 133 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

Bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 20,2 mindən artıq mütəxəssis məşğul olur, onların da 71,4 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 37,4 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi vardır. Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 7 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

 

 

# 1237
avatar

Aygün İbrahimli

Oxşar yazılar