Bakıda 40 nəfər dəm qazından zəhərlənib? - Rəsmi cavab
26 yanvar 2020 14:13 (UTC +04:00)

Bakıda 40 nəfər dəm qazından zəhərlənib? - Rəsmi cavab

"Bakıda bir gündə 40 nəfərin dəm qazından kütləvi zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi ilə bağlı bəzi saytlarda yayılan məlumat yalandır".

Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, müəyyən maraqlı şəxslər cəmiyyətdə ajiotaj yaratmaq üçün yalan məlumatlar yayır: "Bildirmək istəyirəm ki, dünən toksikologiya şöbəsinə Bakının ayrı-ayrı ərazilərindən fərdi qaydada ümumilikdə 14 nəfər dəm qazından zəhərlənmə ilə gətirilib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, ambulator yardımdan sonra hamısı evə buraxılıb. Dünən Bakıda heç bir kütləvi zəhərlənmə baş verməyib. Bəziləri yalan məlumatlar yaymaqla nəyəsə nail olmaq istəyirlər".

Xatırladaq ki, bəzi saytlarda dünən Bakıda dəm qazından kütləvi zəhərlənmə olması və nəticədə 40 nəfərin 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilməsi barədə məlumat yayılıb.

(Trend)

# 2042
avatar

Oxşar yazılar