
"31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığ əyalətindəki zəlzələnin nəticələri barədə danışıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident deyib ki, indiyə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb:
"Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir".
O, eyni zamanda bildirib ki, 45 nəfər dağıntılar altından xilas edilib.
Zəlzələ nəticəsində dağılan və zərər görən evlərlə bağlı da işlər gedir. Prezidentin sözlərinə görə, dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq: "Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər".
Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Oxşar yazılar

ÜST-ün sənədi təsadüfən jurnala göndərildi: ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
23 yanvar 2021 , 09:16
Yüzlərlə hərbçi koronavirusa yoluxdu - VAŞİNQTONDA SƏHLƏNKARLIQ
23 yanvar 2021 , 08:10
Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür
23 yanvar 2021 , 03:20
Dünyada koronavirusa təkrar yoluxma SAYI AÇIQLANDI
22 yanvar 2021 , 22:24
Milyarderdən ağlasığmaz təklif - 100 mln. dollar
22 yanvar 2021 , 07:36
Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53
Bayden and içdi: ABŞ tarixində TAM FƏRQLİ MƏRASİM - FOTO - YENİLƏNİB
20 yanvar 2021 , 21:54