Rusiyada baş vermiş avtoqəzada 4 nəfər ölüb
26 yanvar 2020 04:58 (UTC +04:00)

Rusiyada baş vermiş avtoqəzada 4 nəfər ölüb

 

Rusiyanın Voronej vilayətində minik maşınının yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bölgənin təcili tibbi yardım xidmətindən məlumat verilib.

“M6 “Kaspi” federal magistral yolun 608-ci kilometrliyində minik maşını yük maşını ilə toqquşub. İlkin məlumata görə, minik maşınında 4 nəfər ölüb”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, yük maşınında da bir nəfər xəsarət alıb. Qəzanın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299

Oxşar yazılar