Türkiyədə zəlzələdə ölənlərin sayı 31-ə, xəsarət alanların sayı 1556 nəfərə çatıb - YENİLƏNİB
26 yanvar 2020 04:04 (UTC +04:00)

Türkiyədə zəlzələdə ölənlərin sayı 31-ə, xəsarət alanların sayı 1556 nəfərə çatıb - YENİLƏNİB

 

Türkiyənin Elazığ vilayətində baş vermiş 6,8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb. 382-si yaralı olmaqla, 1556 nəfər xəstəxanalara müraciət edib

APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bundan əvvəl 29 nəfərin öldüyü, 1466 nəfərin də xəsarət aldığı deyilirdi.

 

***

Saat 21:44

Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələnin qeydə alındığı ilk andan etibarən 43 nəfər dağıntılar altından sağ çıxarılıb.

Hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

# 1690
avatar

Oxşar yazılar