Ərdoğandan zəlzələ AÇIQLAMASI
25 yanvar 2020 02:28 (UTC +04:00)

Ərdoğandan zəlzələ AÇIQLAMASI

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələ ilə bağlı fikirlərini bildirib.

APA-nın CNN Türk-ə istinadən verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanları səfərbər edilib.

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini deyib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

# 1550
avatar

Oxşar yazılar