DİQQƏT! Bu adamlar sizin atanız, babanız, qohumunuz ola bilər – SİYAHI
24 yanvar 2020 16:31 (UTC +04:00)

DİQQƏT! Bu adamlar sizin atanız, babanız, qohumunuz ola bilər – SİYAHI

 

 

1941-ci ilin oktyabr-noyabr aylarında Rusiyanın Moskva vilayətinin Lotoşinsk rayonunda gedən döyüşlərdə həlak olmuş 4 azərbaycanlının adı əbədiləşdirilib. 

Bu barədə Lent.az-a Moskva vilayətinin Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov xəbər verib. Onun sözlərinə görə, Etibar Məmməd oğlu Rəcəbov (1921-ci il, İsmayıllı rayonu, Dalman kəndi), Baba Bədəl oğlu Şəfiyev (Şəmkir rayonu), Astara rayonunun Ərkivan kəndindən olan, 1919-cu il təvəllüdlü Əziz İbad oğlu Yusubov və Kirovabaddan olan (Gəncə) 1913-cü il təvəllüdlü Hacıyev Hidayət Əli oğludur. Onlar 16 noyabr 1941-ci ildə Lotoşinsk rayonunun Oşeykino, Yeqorye və Qlazkovo kəndəlri uğrunda gedən döyüşlərdə həlak olublar.

“Azərbaycan icması olaraq axtarış işlərinə rəhbərlik edən Ananyev Valeri Anatolyeviçə minnətdarlığımız bildiririk. Bu barədə bizi də məhz o xəbərdar etdi. Ola bilsin adıçəkilən bu insanların Azərbaycandakı qohumları tapılsın. Biz çox şad olardıq ki, onlar bu məsələyə reaksiya versinlər və həlak olanların adları yazılmış xatirə lövhəsinin açılmasında iştirak etsinlər”,  - Elşən İbrahimov bildirib.

 

# 3154
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar