İNSANLAR qəflətən yıxılır - Çinin bu şəhəri “zombi diyarı” adlandırıldı
24 yanvar 2020 11:41 (UTC +04:00)

İNSANLAR qəflətən yıxılır - Çinin bu şəhəri “zombi diyarı” adlandırıldı

Yeni ortaya çıxan və Çində yayılan koronavirusla bağlı narahatlıq getdikcə daha da artır. Sosial şəbəkələrdə paylaşılan görüntülər isə vəziyyətin dəhşətini ortaya qoyur.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çinin Vuhan şəhərində insanlar qəflətən huşlarını itirir və yerə yıxılırlar. 

Qeyd edək ki, yeni virusdan ölənlərin sayı 25-ə çatıb. 830 insan isə virusa yoluxub.

Vuhan şəhərində karantin elan edilib və şəhər “zombi diyarı” adlandırılıb.

Bu şəhərdə heç kim maska taxmadan şəhərə çıxa bilməz.

Yeni virusun yayılmasının qarşısını almaq üçün Çində Ay təqvimi ilə yeni il tədbirlərinin qeyd edilməsi ilə bağlı da dəyişikliklər olunub. Çində yeni il münasibətilə tədbirlərin keçirilməsinə yanvarın 25-dən başlanılması planlaşdırılırdı.

Bu mövsümdə Çində milyonlarla insan ailə ziyarətləri üçün bir şəhərdən başqa şəhərə gedir. Səlahiyyətlilər isə insanlara mümkün olduqca səyahət etməməyi tapşırıb.

Vuhan şəhərində olan marketlərdə artıq ərzaq qıtlığı yaranmağa başlayıb, marektlərin önündə böyük sıralar yaranıb.

Qeyd edək ki, virusa bu günə kimi Çindən başqa 13 ölkədə də rast gəlinib.

 

 

 

# 2124
avatar

Aygün İbrahimli

Oxşar yazılar