Mərkəzi rayonun İçərişəhərə təsiri olmayacaq - İdarə rəisi
23 yanvar 2020 12:08 (UTC +04:00)

Mərkəzi rayonun İçərişəhərə təsiri olmayacaq - İdarə rəisi

 

 “Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib və bu istiqamətdə iş aparılır”.

APA-nın məlumatına görə,  bunu bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ə. Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparırıq: “Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan gedir. İçərçişəhərə gəlincə, İçərçişəhərin isə artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər Qorutunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Ona görə də mən hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, artıq İçərişəhərin özünün xüsusi statusu var ”.

 

# 1064
avatar

Oxşar yazılar