Seçicilərin elektron kabineti işə düşdü
22 yanvar 2020 20:45 (UTC +04:00)

Seçicilərin elektron kabineti işə düşdü

 

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki qərargahında seçicilərini qəbul edib.

Lent.az xəbər verir ki, seçicilərlə ayrılıqda görüşən Azay Quliyev onların müraciətlərini dinləyib.

Deputat, bir sıra müraciətlərin həlli üçün yerindəcə müvafiq qurumlara müraciət edib. Azay Quliyev bildirib ki, yanvarın 17-dən etibarən ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin ixtiyarına verilmiş e-kabinet sisteminin tətbiqinə başlanılıb. 3 saatdan artıq davam edən görüşdə 100-dən artıq seçicinin müraciəti seçki qərargahının könüllülərinin köməkliyi ilə azayquliyev.az saytının “e-kabinet” xidmətinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1673

Oxşar yazılar