ABŞ Senatında Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb
22 yanvar 2020 00:59 (UTC +04:00)

ABŞ Senatında Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb

 

ABŞ-da Prezident Donald Trampın impiçmenti işi ilə bağlı dinləmələrə başlanılıb.

APA xəbər verir ki, bu barədə “Fox News” kanalı məlumat yayıb.

Senatdakı respublikaçıların lideri Mitç Makkonnell impiçment məsələsini yalnız Senatın həll edə biləcəyini deyib.

O qeyd edib ki, senatorların əksəriyyəti prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır. Beləliklə, ardıcıllığa əsasən, əvvəlcə prokurorluğun aşağı palatadan nümayəndələrinin danışacağı, sonra prezidentin vəkilinə söz veriləcəyiardınca senatorların yazılı şəkildə hər iki tərəfə sual verə biləcəyi ehtimal olunur. Dördüncü mərhələdə isə Senat baxılması üçün əlavə sübutlara və ya şahidlərə ehtiyacın olub-olmadığını qərarlaşdıracaq.

# 831
avatar

Oxşar yazılar