Diş çürükləri ölümə səbəb ola bilər
21 yanvar 2020 19:18 (UTC +04:00)

Diş çürükləri ölümə səbəb ola bilər

Dişdə olan çürüklərə əhəmiyyətsiz yanaşmaq olmaz. Diş kariyesi hətta ölümcül ola, bir sıra fəsadlara yol aça bilər.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu diş həkimi Zafer Kazak açıqlayıb.

Həkim bildirib ki, dişlərin sağlamlığı, xüsusilə, doğuşdan ürək xəstəliyi olan uşaqlarda, ürək klapanı problemi olan böyüklərdə daha ciddi əhəmiyyət daşıyır: “Diş çürüyündə olan infeksiyalar ürəyə yerləşərək çoxalır. Dişlərin plomblananda və ya çəkiləndə, yaxud, sadəcə fırçalanan zaman qanama nəticəsində infeksiya qan dövranına qarışaraq  ürəyin problem olan yerinə toplanır və ürək infeksiyasına səbəb ola bilir”.

O bildirib ki, endokardit adlanan bu təhlükəli vəziyyətdən qorunmaq üçün riskli qəbul edilən ürək xəstəsi insanlara diş müalicəsindən əvvəl infeksiyadan qoruyucu antibiotik verilir: “Amma ən yaxşısı endokardit riski daşıyan, eləcə də bütün insanlar ağız və diş sağlığına xüsusi önəm verməlidir”.

 

# 1696
avatar

Aygün İbrahimli

Oxşar yazılar