Daha bir marşrut xətti kart sisteminə keçir - BU TARİXDƏN
21 yanvar 2020 11:35 (UTC +04:00)

Daha bir marşrut xətti kart sisteminə keçir - BU TARİXDƏN

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. 

BNA-dan Lent.az-a verilən məlumata görə, yanvarın 24-dən 4 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

 

# 1357
avatar

Aygün İbrahimli

Oxşar yazılar